"Qarabağ" yatağı məşğulluğun artmasına imkan yaradacaq - Açıqlama

15:41 - 19.03.2020


19 mart, Fineko/abc.az. Azərbaycanda yeni neft yatağının kəşf olunması ölkədə neft hasilatının artırılmasına imkan yaradacaq.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADSNU) qaz-neft mədən fakültəsinin professoru Eldar Süleymanov bildirib. 

Professor bu yatağın kəşfinin gələcək nəsillər üçün də töhfə olduğunu vurğulayıb: “Bu gün kəşf olunduğu təsdiq olunan  yataq bir neçə onilliklər işləniləcək. Orada qazma, hasilat işləri həyata keçiriləcək. Bu da Azərbaycan üçün yeni iş yerlərinin yaranmasına, məşğulluğun artmasına imkan yaradır”.

Professor həmçinin əlavə edib ki, yeni neft yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə də əhəmiyyətli töhfə olacaq.

Qeyd edək ki, bu gün yayılan məlumata görə, SOCAR və Norveçin “Equinor” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər.

Müəllif: Elmir Murad

 

Вся лента