Azərsu bütün tədbirləri təxirə salıb

16:06 - 19.03.2020


19 mart, Fineko/abc.az. Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” ASC tərəfindən zəruri tədbirlər görülür.

Koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktik tədbirlər haqqında “Azərsu” ASC sədrinin əmrinə əsasən, Cəmiyyətdaxili kütləvi tədbirlər ləğv edilib, təlim-tədris mərkəzinin fəaliyyəti dayandırılıb, vətəndaşların qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilib, işçilərin ölkədaxili və xarici ezamiyyələri məhdudlaşdırılıb.

Bu müddətdə vətəndaşların müraciətləri telefon rabitəsi (431-47-67, daxili 12-20, 11-92) və elektron qaydada (www.azersu.az rəsmi internet səhifəsinin onlayn çat və elektron xidmətlər bölməsi) həyata keçirilir.

Həmçinin 955 Zəng mərkəzi bayram günlərində vətəndaşların müraciətlərini fasiləsiz qəbul edəcək.

 

Вся лента