8 yaşlı Aydan kömək istəyir – serrozdan əziyyət çəkir

17:11 - 19.03.2020


19 mart, Fineko/abc.az. 8 yaşlı Aydan hazırda yaşamaq uğrunda mücadilə verir. 2012-ci il martın 11-də Ağstafa rayonunda anadan olan Məmmədova Aydan Bəxtiyar qızını bu yaşında qara ciyər serrozu yaxalayıb. O, hazırda Respublika Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır, həyatda qalması üçün kömək diləyir. 

Aydana təcili olaraq ciyər köçürülməlidir, buna isə onun kasıb ailəsinin imkanı çatmır. Aydanın ailəsi qızcığazın yaşaması üçün dövlət rəhbərliyindən, imkanlı şəxslərdən onlara yardım göstərilməsini xahiş edir.

Aydanla əlaqə yaratmaq istəyən, köməklik göstərmək istəyən şəxslər 055 442 52 93 nömrəli telefona zəng edə bilərlər. 

Həmçinin Aydana yardım etmək istəyənlər onun nənəsi Məmmədova Sevil Qəhrəman qızının adına olan Kapital bank kartına (4169 7413 2454 8724 – doğum tarixi 20.01.63) vəsait köçürə bilərlər.


Вся лента