AƏSF 60 gün ərzində ləğv edilmiş “DəmirBank”ın kreditorlarından daxil olan tələbləri qəbul edəcək

05.01.2018,10:50


5 yanvar, Fineko/abc.az. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu  (AƏSF) 60 gün ərzində ləğv edilmiş “DəmirBank”ın kreditorları tərəfindən yönəldilən tələbləri qəbul edəcək.

Fondun məlumatında deyildiyi kimi, kreditorların tələbləri yazılı şəkildə təqdim edilməlidir.

“Tələblərin qeydə alınması üçün kreditorlar öz adları və ünvanları, tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri, həmçinin tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumatı təqdim etməlidirlər”, - məlumatda belə deyilir.

Tələblər aşağıdakı ünvanlar üzrə qəbul olunur: Bakı şəhəri, Bülbül prospekti, 40, 4-cü mərtəbə, AZ1014.

Bakı şəhəri, Babək prospekti, 16, AZ1025. Əlavə məlumatlar ücün əlaqə nömrələri (+99412) 447-77-44;  596-65-91. Qaynar xətt – 941.

Maliyyə Bazarlarına Nəzarət Palatası  “DəmirBank”ın fəaliyyətinə dair verilmiş lisenziyanın 23 dekabr tarixindən etibarən ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Ləğvetmənin səbəbi, kapitallaşma ilə problemlər və kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməməsi göstərilmişdir.  Agent banklar  qorunan əmanətlər üzrə kompensasiyaları “Kapital Bank”ın filialları vasitəsilə 2018-ci ilin 1 fevral tarixindən etibarən ödəyəcəklər.

 

Ключевые слова: AƏSF Dəmirbank Kapital Bank