Bakı Modern Təhsil Kompleksi koronavirusla mübarizəyə 100 000 manat ayırdı

19:17 - 23.03.2020


23 mart, Fineko/abc.az.   Ölkənin aparıcı təhsil müəsissələrindən biri “Bakı Modern Təhsil Kompleksi” ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə qoşulub.

Kompleks koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına səs verərək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat vəsait köçürüb. 

“Bakı Modern Təhsil Kompleksi” cəmiyyətimiz qarşısındakı məsuliyyətini dərk edir və dövlətimizin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, iqtisadiyyatımıza və vətəndaşlara mənfi təsirini azaltmağa yönəlmiş bütün tədbirlərini dəstəkləyir.

ВМТК (Bakı Modern Təhsil Kompleksi) 2012-ci ildən BMM (Bakı Modern Məktəbi) kimi fəaliyyətə başlamışdır. Bu gün BMTK şagird və valideynlərin etimadını qazanaraq ölkəmizdə öndə gedən böyük bir Kompleksə çevilmişdir.

Вся лента