AMB depozit hərracında 200 milyon manat cəlb edib

15:17 - 29.03.2020


29 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün depozit hərracında 200 mln. manat cəlb edib.

“AMB martın 29-da növbəti depozit hərracı keçirib və bu hərracda 200 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 200,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,82% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.      

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.         

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.

 

Вся лента