Dövlət Avtomobil Nəqliyyatı Xidməti sürücülərə müraciət etdi - Riskli qrupsunuz

15:33 - 29.03.2020


 29 mart, Fineko/abc.az. Bu gün Azərbaycanda ən həssas risk qrupu sürücülərdir.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova sürücülərə müraciətində bəyan edib.

 O, görülməli olan bir sıra vacib amilləri xatırladıb: "Qaydalara öz sağlamlığınız üçün əməl etməyi sizdən xahiş edirik! Xidmət başındaykən maska və əlcəkdən istifadəyə əməl edin! Ancaq qaydalara əməl edərək həm özünüzü,həm sərnişinləri, həm də ailə üzvlərinizi qoruyaraq epidemiyanın qarşısını almaqda bütün gücünü səfərbər edən hökümətimizə dəstək vermiş olacaqsınız. Xatırladım ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bununla bağlı aidiyyatı müvafiq strukturlar icra mexanizmini tətbiq etdikləri təqdirdə cəza almadan qaydalara əməl edənlər sırasında olaq!".

Qeyd edək ki, bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.

 

Müəllif: Elmir Murad

Вся лента