330x110
 

Azərbaycanda deputatlar komitə iclasını videokofransla keçirib - İlk dəfə

29.03.2020,15:50


29 mart, Fineko/abc.az. Bu gün - martın 29-da Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilib.

 ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.  Videokonfransda martın 30-da keçiriləcək plenar iclasın gündəliyi və cari məsələlər müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, parlamentdə idarəetmə artıq stasionar, mobil və internet rabitələri vasitəsi ilə aparılır. Milli Məclis rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament aparatının və işlər idarəsinin məsul vəzifəli şəxsləri arasında informasıya mübadiləsi internet üzərindən həyata keçirilir.

 

Müəllif: Elmir Murad