2017-ci ilin dekabr ayında Azərbaycanda 1,9 milyard kVt / saat elektirk enerjisi istehsal edilib

05.01.2018,13:18


5 yanvar, Fineko/abc.az. Azərbaycanda 2017-ci ilin dekabr ayında istehsal edilmiş elektrik enerjisinin həcmi 1,9 milyard kVt/saat təşkil etmişdir ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 0,3 milyard kVt/saat və yaxud 13,64% azdır. 

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib ki, 2016-cı ilin dekabr ayında  ölkədə istehsal edilən elektrik enerjinin həcmi 2,2 milyard kVt/saat təşkil etmişdir.

“Hesabat dövründə digər dövlətlərlə elektrik enerjisi mübadiləsi də qarşılıqlı şəkildə həyata keçirilb. “Azərenerji” "Kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin Tədbirlər Planı çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işləri davam etdirib”, - Y.Babanlı belə deyib.

 

 

Ключевые слова: elektirk Azərenerji