Azərbaycanda bankların gəlirləri kəskin azalıb - Ekspertdən açıqlama

10:31 - 30.03.2020


30 mart, Fineko/abc.az. Koronovirus səbəbindən Azərbaycandakı bankların gəlirləri kəskin azalıb.

Bunu ABC.AZ-a ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, sözügedən məsələ bankların krediti dayandırması ilə bağlıdır.

Ekspert bankların krediti dayandırmasının detallarını belə izah edib: "Bildiyiniz kimi koronovirusa görə iqtisadi böhrandır. Krediti qaytara bilənlər də artıq kredit götürmür. Çünki götürsə belə bu iqtisadi böhranda heç bir fəaliyyət göstərə bilmiyəcək. Bəzi vətəndaşlara isə banklar kredit vermir. Ona görə ki, hazır ki, dönəmdə həmin insanların krediti qaytarma ehtimalı daha da azdır. Bunun isə səbəbi məlumdur. Əhali faktiki hazırda işsiz qalıb. Bank da kredit vermirsə gəliri hardan olacaq? Bizim bankların gəlir mənbəyi verdiyi kreditlərdən yığdığı faiz gəlirləridir. Düzdür bankların gəlir mənbəyi içərisində köçürmə və valyuta mübadilə əməliyyatları da var. Amma iqtisadi aktivliyin azalması səbəbindən onlar da azalıb. Onsuzda sadaladığım əməliyyatlar heç vaxt elə də ciddi gəlir mənbəyi olmayıb".

Müəllif: Elmir Murad

 

Вся лента