Neft qiymətləri 5-6%, “Brent” isə $23,37/barel düşür

11:33 - 30.03.2020


30 mart, Fineko/abc.az. Neftin etalon markaların qiyməti bazar ertəsi ticarət zamanı ucuzlaşır.

London ICE Futures birjasında Brent neftinin may ayının fyuçers qiyməti 9:00-da bir barelə 23,37 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanması qiymətindən $1,56 (6,26%) aşağıdır. Cümə günü ticarətin nəticələrinə görə, fyuçerslər qiymətdə 5,4% azalıb, həftəlik azalma isə 7,6% təşkil edib.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında may ayında WTI neftinin fyuçersləri 9:00-da $1,08 (5,02%) - bir barrelə $20,43-ə düşüb. Müqavilənin qiyməti əvvəlki hərracların bağlanması vaxtına 4,8% düşüb.

Hər iki müqavilə, ardıcıl olaraq beş həftənin nəticələri üzrə düşmə nümayiş etdirmişdir. Ayın əvvəlindən onların qiyməti təxminən 50% düşüb, deyə MarketWatch yazır.

Schneider Electric analitiki Robbi Freyzer hesab edir ki, neft qiymətlərinə tələb dinamikası təsir edəcək ki, bunun da yaxın həftələrdə rekord düçməsi gücləndirəcək.

Onun sözlərinə görə, tələb bərpa olunmayana qədər, Səudiyyə Ərəbistanı ilə Rusiya arasında hasilatın azaldılması ilə bağlı istənilən danışıqlar, həmçinin Ər-Riyadın bazarı doldurmaq cəhdləri "tələbatın azalması miqyası ilə müqayisədə, nisbətən səmərəsiz görünəcək". Aprelin 1-dən başlayaraq OPEC+ - in hasilatın azaldılması haqqında sövdələşməsi qüvvəsini itirir.

Bununla yanaşı, neft qiymətlərinin düşməsi ardıcıl olaraq iki həftə ərzində ABŞ-da mövcud qazma qurğularının sayının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxardı. ABŞ-ın "Baker Hughes" neft servisi şirkəti cümə günü bildirib ki, ötən həftə onların sayı 40 ədəd - 624 qurğuya düşüb.

WTRG Economics iqtisadçısı Ceyms Uilyamsın sözlərinə görə, ABŞ-da aktiv qazma qurğularının sayı may və ya iyun aylarında 500 vahiddən aşağı düşə bilər.

"Qurğuların sayı nə qədər aşağı düşməsi, virusun iqtisadiyyata təsirinin müddətindən və OPEC-in Rusiya ilə razılığa gələ bilib-bilməyəcəyindən asılı olacaq", - deyə o bildirib.

Bundan başqa, analitiklər neft anbarlarında boş yerin tükənməsi risklərini də vurğulayırlar.

"Sənaye məlumatlarına görə, neft-qaz anbarlarının doldurulma səviyyəsi 75%-ə çatıb və əgər istehsal fəallığı bərpa olunmazsa, aşağı tələbat şəraitində neftin daha da yığılması yaxın aylarda qiymətlərin bir barrelə $10-a qədər çökməsinə gətirib çıxaracaq", - deyə Sun Global Investments-in rəhbəri Mixir Kapadiya qeyd edir.

 

Вся лента