İcarə haqları və sosial xərclər dövlət tərəfindən ödəniləcək - Biznesə dəstək

11:55 - 30.03.2020


30 mart, Fineko/abc.az. Koronavirusun təsirini minimuma endirmək üçün biznesə dəstək nəzərdə tutulub. Təkliflərdə gömrük rüsumlarının azaldılması, kreditlərdə güzəşt, icarə haqları və maaşların ödənilməsində iş adamlarına dəstək olunacağı qeyd olunub.

ABC.AZ xəbər verir ki, bu təkliflər Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Biznesə dəstək üçün yaradılan işçi qruplardakı müzakirələr zamanı verilib.

Belə ki, təkliflər paketinə geniş vergi güzəştlərinin verilməsi, bəzi məhsulların idxalı üzrə gömrük rüsumlarının azaldılması, sahibkarların aldığı kreditlər üzrə bank faizlərinin müəyyən müddət üçün hesablanmaması, əsas borc üzrə ödənişlərin ertələnməsi daxildir.

Təkliflərdə icarə haqlarının, sosial müdafiə xərclərinin tam və ya qismən dövlət tərəfindən ödəniləcəyi bildirilir.

Qeyd edək ki, su, elektrik enerjisi, qaz və digər kommunal ödənişlərə güzəştlərin tətbiq edilməsi və ödənişlərin təxirə salınması da təkliflər arasındadır. Maraqlı təkliflərdən biri də işəgötürənlərə və işçilərə dövlət dəstəyinin verilməsidir.

Müəllif: Elmir Murad

 

Вся лента