MİDA Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait ianə etdi

14:19 - 30.03.2020


30 mart, Fineko/abc.az. Ölkəmizdə koronavirus infeksiyasına (Covid-19) yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan tədbirlərin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması barədə Prezident İlham Əliyevin çağırışına dəstək olaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Agentliyin və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşlarının könüllü istəyi ilə onların aylıq vəzifə maaşları hesabına Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürülüb.

Bu barədə ABC.AZ-a MİDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Вся лента