"ASAN xidmət"dən #məsafəniqoru sosial mesajı - Daha bir yenilik

14:53 - 30.03.2020


30 mart, Fineko/abc.az.   “ASAN xidmət” koronavirus infeksiyası ilə mübarizə  tədbirlərinə dəstək məqsədi ilə loqotipində müvəqqəti dəyişiklik edib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, #məsafəniqoru insanları qoru sosial çağırışı verilən müvəqqəti dəyişiklikdə loqotipin kənar hədlərarası məsafəsi  genişləndirilib.

 Bu sosial təşəbbüsdə "Ürəklər birdirsə, məsafələr əngəl deyil" mesajı diqqətə çatdırılır. Bununla da  "ASAN xidmət" vətəndaşları karantin tədbirlərinə əməl etməyə çağırır.

Videoya keçid: https://www.youtube.com/watch?v=uOJbAavBvFU

Вся лента