Yanacağın satışı ilə bağlı SOCAR-dan açıqlama - Məhdudiyyət yoxdur

15:01 - 30.03.2020


30 mart, Fineko/abc.az. SOCAR benzin doldurma məntəqələrindəki yanacağın satışı ilə bağlı məlumat yayıb.

ABC.AZ sözügedən məlumata istinadən xəbər verir ki, SOCAR yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmadığını bəyan edib. 

Məlumatda qeyd olunub ki, SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir və Azərbaycanda enerji təhlükəsizliyi tam təmin olunub. Qurumdan bildirilib ki, bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır və bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. SOCAR vətəndaşları təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırıb.

 

Вся лента