İki ayda ən çox məhsul satdığımız ölkələrin adları - SİYAHI

17:08 - 30.03.2020


30 mart, Fineko/abc.az.  Azərbaycan MDB ölkələrindən ən çox Ukraynaya məhsul göndərib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar-fevral aylarında Azərbaycan MDB ölkələri arasında ən çox Ukraynaya məhsul ixrac edib.

Belə ki, iki ayda Azərbaycanın MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Qazaxıstan olub. Qeyd edək ki, Rusiyaya ixrac olunan məhsulların dəyəri 91,5 milyon ABŞ dolları, Ukraynaya 88 milyon dollar, Qazaxıstana isə 5,7 milyon dollar olub.

 

Вся лента