Yanvarın 15-dən etibarən AZAL öz uçuşlarına yeni qeydiyyat qaydaları tətbiq edəcək

15:38 - 5.01.2018


5 yanvar, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) QSC, reyslərə qeydiyyat prosesinə yeni qaydalar daxil edir.

AZAL-dan verilən məlumata əsasən, yeni qaydalar yanvarın 15-dən qüvvəyə minəcək.

“Yeni qaydalara əsasən, ölkənin bütün hava limanlarında AZAL-ın  bütün reyslərinə qeydiyyat,  uçuşa 3 saat qalmış açılacaq  və uçuşa 60 dəqiqə qalmış bağlanacaq”, - aviaşirkətdən belə deyildi.

Hal-hazırda qeydiyyat, uçuşa 2 saat qalmış başlanır və 40 dəqiqə qalmış bağlanır .

 

 

Вся лента