Sığorta vasitəçiliyi xidmətlərinə daha 15 namizəd Azərbaycanda attestasiyadan keçəcək

16:51 - 5.01.2018


5 yanvar, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta vasitəçilərinin attestasiyasını keçirəcək.

Palatadan verilən məlumata əsasən, attestasiya  8-10 yanvar tarixlərində keçiriləcək.

“Attestasiya prosesində cəmi 15 nəfər iştirak edəcək”, - məlumatda belə deyilir.

 

 

Вся лента