Goldman Sachs: Neft hasilatının azaldılması ilə bağlı razılaşmanın imzalanması üçün çox gecdir

11:49 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Neft istehsalının azaldılması ilə bağlı razılaşmanın imzalanması üçün çox gecdir.

Bu barədə ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” məlumat yayıb.

“Neft hasilatının azaldılmasına dair razılaşmanı imzalamaq yəqin ki, çox gecdir. Həmçinin əgər bu mümkün olarsa istehlakdakı azalmanı təmin etmək üçün yetərli olmayacaq”, -deyə bank bildirir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp neft bazarını dəstəkləmək üçün Səudiyyə Ərəbistanı və Rusiya ilə müzakirələrə səy göstərmişdi.

©️ Azertag.az

 

Вся лента