Azərsu vətəndaşların müraciətlərini “Skype” və “WhatsApp”la qəbul edir

12:18 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” ASC tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.

ABC.AZ “Azərsu” ASC-yə istinadən xəbər verir ki, vətəndaşlar internet üzərindən “Skype” proqramı və “WhatsApp” xidməti vasitəsilə də müraciət edə bilərlər.

 Müraciətlərin operativ həllini təmin etmək məqsədilə hər bir sukanal idarəsi üzrə də “WhatsApp” nömrələri təyin edilib. Vətəndaşlar aşağıda qeyd olunan “Skype” ünvanları və “WhatsApp” nömrələri ilə vasitəsilə həftə içi (1-ci – 5-ci günlər) birbaşa müraciət edə bilərlər.

Rayon “WhatsApp” nömrələr “Skype” ünvanları

Sabunçu (+99455) 4577186 Sabuncu.Sukanal

Suraxanı (+99455) 4573952 Suraxani.Sukanal

Xəzər (+99455) 4572796 Xezer.Sukanal

Nizami (+99455) 4573974 Nizami.Sukanal

Nəsimi (+99455) 4577406 Nəsimi.Sukanal

Səbail (+99455) 4577253 Sebail.Sukanal

Yasamal (+99455) 4573332 Yasamal.Sukanal

Xətai (+99455) 4579466 Xatai.Sukanal

Nərimanov (+99455) 4573954 Narimanov.Sukanal

Binəqədi (+99455) 4575158 Binaqadi.Sukanal

Qaradağ (+99455) 4577785 Qaradağ.Sukanal

Abşeron (+99455) 4577746 Absheron.sukanal

Sumqayıt (+99455) 4579442 Sumqayit.Sukanal

Bağlar (+99455) 4577706 Baglar.Sukanal

Qeyd olunur ki, şənbə və bazar günləri isə 955 Zəng mərkəzinə, “azersu.aparat1”, “azersu.aparat2”, “azersu.aparat3” “Skype” ünvanlarına, həmçinin (+99455) 209-95-59 “WhatsApp” nömrəsinə müraciət etmək olar.

 

Вся лента