Bakıda ticarət dövriyəsi artıb - 3 milyard manatdan çox

15:50 - 1.04.2020


1 aprel, Fineko/abc.az. Yanvar-fevral aylarında Bakıdakı ticarət dövriyyəsinin həcmi açıqlanıb.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, paytaxtda ticarət dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3 milyard 249,9 milyon manat olub.

Sözügedən dövrdə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 1 milyard 535,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 1 milyard 714,3 milyon manata bərabər olub. İstehlak məhsullarının 34 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 19,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 46,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

 

Вся лента