Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 26 milyard manata çatdırılıb

05.01.2018,18:02


5 yanvar, Fineko/abc.az.  Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası  (FIMSA) 30 noyabr 2017-ci il tarixinə Azərbaycanın bank sektorunun fəaliyyətinin yekunlarını  açıqlayıb.

Hesabatda deyildiyi kimi, Azərbaycanın bank sektorunun cəmi aktivləri hesabat dövründə  26 393,9 mln. manat, öhdəlikləri isə 23 255 mln. manat təşkil etmişdir.

“Sektorun cəmi kapitalı 3,138.9 mln. manat, əhalinin əmanətləri isə 7,346.6 mln. manat təşkil etmişdir”, -  hesabatda belə deyilir.

Fəaliyyət göstərən 31 bankın filiallarının sayı 547, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,460 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,629 nəfər təşkil etmişdir. Xərclərin optimallaşdırılması nəticəsində noyabr ayı ərzində bank sektorunda çalışan işçilərin sayında 1% və ya 159 nəfər artım olmuşdur.