Obyektiv olaraq manat devalvasiya olmalıdır - Ekspert

14:17 - 2.04.2020


2 aprel, Fineko/abc.az. Əlbəttə obyektiv olaraq manat bu gün devalvasiya olmalıdır. Çünki neftin qiymətinin düşməsi fonunda artıq  ölkənin valyuta gəlirləri kəskin azalıb.  Neftin əvvəlki səviyyəyə yəni 56 dollara yaxın aylarda qalxacağı da real görsənmir. 

Bu fikirləri ekspert Əkrəm Həsənov ABC.AZ-a manatın gələcək taleyinə münasibət bildirərkən deyib. 

Ə.Həsənov manatın ucuzlaşma ehtimalını qüvvətləndirən səbəblər içində dövlətin koronovirusla bağlı xərclərinin çoxalmasının olduğunu da qeyd edib: "Bu baxımdan əlbəttə ki, manat ucuzlaşmalıdır. Amma buna dövlət gedəcək-getməyəcək bu artıq 2-ci sualdır. Dövlətin kifayət qədər yəni 50 milyard dollar valyuta ehtiyatı var. Bildiyiniz kimi Dövlət Neft Fondunun xeyli valyuta ehtiyatı da bəzi ölkələrdəki daşınmaz əmlaka qoyulub. Bu gün isə dünyada daşınmaz əmlakın qiyməti  düşüb və deməli Neft Fondunun aktivləri də ucuzlaşıb. Bu aktivlər isə Azərbaycanın bir neçə illik dövlət büdcəsidir. Prinsipcə dövriyyədə olan milli valyutadan da, valyuta ehyiyatlarından da xərcləyərək dövlət milli valyutanın məzənnəsini qoruya bilər. 2014-2015-ci illərdə dövlət belə də edirdi".
 

 

Müəllif: Elmir Murad

Вся лента