Azərbaycanda Bakı - Böyük Kəsik dəmir yolunun 430 km sahəsi təmir edildi

08.01.2018,11:13


8 yanvar, Fineko/abc.az.  “Azərbaycan Dəmir Yolları” (ADY) QSC  Bakı - Böyük Kəsik yolunun əsaslı təmirini həyata keçirməyi davam edir.

ADY-nın məlumatında deyilənə əsasən, Şəmkir-Alabaşlı  mənzilində  8,6 km yolun əsaslı təmirinə başlanılıb.

“Həmin sahənin təmiri beş gün davam edəcək”, - ADY-nın məlumatında belə deyilir.

14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Bu günə kimi  2-ci mərhələ çərçivəsində 430 km dəmir yolu əsaslı təmir olunub.

 

Ключевые слова: ADY