İrana gedən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

17:21 - 3.04.2020


3 aprel, Fineko/abc.az. 2019-cu ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin eyni dövründə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 12,2 faiz artaraq 820,6 min nəfər olub.

ABC.AZ Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 38,4 faizi (384 min nəfəri) İrana, 29,1 faizi Gürcüstana, 17,3 faizi Rusiya Federasiyasına, 9,9 faizi Türkiyəyə, 5,3 faizi isə digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,8 faizini kişilər, 32,2 faizini qadınlar təşkil edib.

Bu dövrdə Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 19,9 faiz, İrana gedənlərin sayı 13,4 faiz, Türkiyəyə gedənlərin sayı 8,7 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,7 faiz azalıb.

Qeyd edək ki, sözügedən dövrdə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 84,1 faizi dəmir yolu və avtomobil, 15,2 faizi hava, 0,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Müəllif: Elmir Murad

 

Вся лента