Bazar ertəsi günü neft qiymətləri enməkdədir

10:14 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Cümə günü yüksəlişdən sonra neft bazar ertəsi ticarətində ucuzlaşır.

Aprelin 3-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in iyun fyuçersi  $4,17 (14%) artaraq bir barelə $ 34,11 təşkil etmişdir.

İyun fyuçersi saat 9:40-da $0,58 (1,7%) azalaraq bir barelə $33,53 təşkil etmişdir.

Aprelin 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin may fyuçersi $3,02 (12%) artaraq nir barelə $28,34 təşkil etmişdir.

May ayı üzrə fyuçers qiyməti saat 9:40-da $0,66 (2,33%) artaraq bir barelə $27,68 təşkil etmişdir.

 

Вся лента