Sığorta şirkətləri koronovirusun ziyanının öhdəsindən özləri gələcək - Ekspert

11:43 - 6.04.2020


6 aprel, Fineko/abc.az. "Mən hökumətin yerinə olsam banklardan və sığorta şirkətlərindən daha öncə orta və kiçik biznesin batmasının qarşısını alaram. Hazırda daha çox köməyə aztəminatlı ailələr, kiçik və orta sahibkarlıq ehtiyac duyur".

Bu sözləri ABC.AZ-a ekspert Xəyal Məmmədxanlı koronovirusun sığorta sektoruna vurduğu zərərləri şərh edərkən deyib.

Ekspert açıqlamasını belə izah edib: "Sığorta şirkətlərinin satışları azalsa da, onların dolayısı ilə hadisələrinin də sayı azalıb. Çünki insanlar evdə oturduğundan xüsusən avtomobillə, o cümlədən yanğın, əmlakla bağlı hadisələrin sayı kifayət qədər aşağı düşüb. Ona görə də şirkətlərdə bu azalma həm sığorta yığımlarının, həm də sığorta hadisələrinin azalması deməkdir. Hesab edirəm ki, sığorta şirkətləri bir neçə ay bu riskin öhdəsindən müstəqil şəkildə özləri gələ bilərlər. Amma bu əgər geniş miqyaslı kompensasiya tədbirləri olsa onda bütün sektorlara yardım edilməlidir. Hökumətin resursları məhduddursa təbii ki, sığorta şirkətlərindən daha vacib olan sektorlar var".

Müəllif: Elmir Murad

 

Вся лента