Bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur - İlham Əliyev

16:41 - 6.04.2020


6 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev ticarət müəsssələri və apteklərdə maska və tibbi maddələrin qiymətini süni şəkildə artıranlara xəbərdarlıq edib.

ABC.AZ xəbər verir ki, Sumqayıtda maska istehsalı müəssisəsinin açılışında iştirak edən prezident bildirib ki, hazırda dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var.

Dövlət başçısı qeyd edib ki, koronavirusla mübarizədə maskalara tələbat artdığına görə, dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır: "Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq".

 

Вся лента