Azərbaycanın və Belarusun Fond Birjaları arasında birgə əməkdaşlığa dair memorandum imzalandı

13:15 - 8.01.2018


8 yanvar, Fineko/abc.az. Bakı Fond Birjası (BFB) ilə Belarus Valyuta-Fond Birjası birgə əməkdaşlığa dair memorandum  imzaladılar.

Bakı Fond Birjasının məlumatında deyildiyi kimi, memorandum, Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Vüqar Namazov və Belarus Valyuta-Fond Birjasının İdarə Heyətinin Sədri Andrey Auximenya tərəfindən imzalanmışdır.

“Memorandumun məqsədi  hər iki təşkilat arasında qarşılıqlı əlaqələrin yaradılması  və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara çıxarılmasında hüquqi bazanın öyrənilməsi və xarici investorların  kapital bazarlarına çıxarılması  üçün post ticarət institutları arasında  əlaqələrin qurulmasına dəstəyin göstərilməsi, eləcədə təlim və təcrübə proqramlarının təşkil edilməsindən ibarətdir”, - məlumatda belə deyilir.

 

 

Вся лента