Donald Tramp: OPEC-in ABŞ-dan neft hasilatını azaltmaqla bağlı tələbi olmayıb

11:39 - 7.04.2020


7 aprel, Fineko/abc.az. OPEC-in ABŞ-dan neft hasilatını azaltmaq barədə tələbi olmayıb.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, OPEC-in Amerika neft istehsalçılarından qlobal qiymətləri dəstəkləmək üçün neft hasilatının azaldılması ilə bağlı tələbi olmadığını söyləyib.

ABŞ-ın neft hasilatının azalmaqda olduğunu deyən D.Tramp deyib: “Düşünürəm ki, bu, avtomatik olaraq baş verir”.

“Birləşmiş Ştatlardan qlobal bir razılaşmada iştirak etməməyi istəyən olmayıb. “Heç kim məndən istehsalın azaldılmasını istəməyib. Əgər belə bir şey istəsələr, qərar verərəm”, - deyə ABŞ Prezidenti qeyd edib.

Ekspertlərə görə, “OPEC+” ölkələri ABŞ-ın iştirakı olmadan hasilatın azaldılması ilə bağlı razılığa gələ bilməyəcək. ABŞ, Norveç, Kanada və Braziliya kimi ölkələrin də dəstək verəcəyi təqdirdə neft hasilatının gündəlik 15 milyon barrelədək azaldılması mümkün ola bilər.

Qeyd edək ki, aprelin 9-da OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında görüşü keçiriləcək.

©️ Azertag.az

 

Вся лента