Azərbaycanda nağdsız ödənişlər üzrə ən yaxşı banklar - Siyahı

11:41 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə illik əsasda müsabiqənin qalibləri müəyyənləşib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu ildə Mərkəzi Bank tərəfindən elan edilmiş 6 nominasiya üzrə aşağıdakı banklar müsabiqə qalibi olublar:

“POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank” – “Premium Bank” ASC;

“Təmassız ödənişlər üzrə lider bank” – “Expressbank” ASC;

“İnternet bankçılıq xidməti üzrə lider bank” – “Paşa Bank” ASC;

“Mobil bankçılıq xidməti üzrə lider bank” – “Kapital Bank” ASC;

“Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” – “Paşa Bank” ASC;

“Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” – “Unibank KB” ASC.

 

Вся лента