Azərbaycan Avropada daha 6 yanacaqdoldurma məntəqəsi açır - İcazə verildi

11:49 - 7.04.2020


7 aprel, Fineko/abc.az. SOCAR Rumıniyadakı yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırıb.

ABC.AZ-ın məlumatına görə, Rumıniyanın Rəqabət Şurası  6 YDM-in istifadə hüququnun bu ölkədə törəmə şirkəti olan “SOCAR Petroleum SA”ya keçməsi və “SOCAR” brendi ilə fəaliyyət göstərməsinə icazə verib. Beləliklə də Arad, Timiş və Sibiu bölgələrində yerləşən YDM-ləri bundan sonra  SOCAR idarə edəcək.

Qeyd edək ki, hazırda SOCAR Rumıniyanın 21 regionu - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və Craiovada YDM-ə malikdir.

 

Вся лента