Nazirlikdən 190 manatla bağlı daha bir AÇIQLAMA

15:03 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Xüsusi karantin dövründə Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb və 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.

Bunu ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər. Belə ki, onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müracət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.

Müəllif: Elmir Murad

 

Вся лента