Bakıda sulu qar yağacaq, havanın temperaturu 6 dərəcəyə qədər enəcək

15:28 - 8.01.2018


8 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  hava şəraitinin dəyişəyəci barədə xəbərdarlıq edir.

Nazirlyin məlumatında deyilir ki, Bakıda və Abşeron yarımadasında yanvarın 9-u axşamdan 10-u gündüzədək hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

“Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək”, - məlumatda belə deyilir.

Ölkənin regionlarında havanın temperaturu həmçinin 6 dərəcəyə qədər enəcək, dağlıq və dağətiyi ərazilərdə qar yağacaq, bəzi yerlərdə intensiv olacaq.

 

Вся лента