İcazə sisteminə 90 dəfə mesaj göndərdi, polis tərəfindən saxlanıldı

16:17 - 7.04.2020


7 aprel, Fineko/abc.az. "Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan 8103 qısa nömrəsinə mobil operatorlardan birinin abunəçisinin icazə almaq üçün 90-na yaxın sms göndərdiyi məlum olub.

ABC.AZ DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, həmin abonentin Nərimanov rayonunda müvəqqəti məskunlaşan Ağdam sakini İlham Bəhramanov olduğu müəyyən edilib.

Həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İ.Bəhramov ifadəsində 8103 xidmətinə ona məxsus mobil telefondan xəbəri olmadan azyaşlı oğlu 5-ci sinif şagirdi U.Bəhramlı tərəfindən smslər göndərildiyini bildirib.

Məsuliyyətsiz davrandığına və və xüsusi karantin rejimi qaydalarını pozduğuna görə Nərimanov RPİ 18-ci Polis Şöbəsində İlham Bəhramanov barəsində  İnzibati Xətalar Məcəlləsinin 211-ci  maddəsi ilə tədbir görülüb və o, cərimə edilib.

 

Вся лента