İcazə sistemində dəyişiklik edilib - Yeni əlavələr olunub

17:38 - 7.04.2020


7 aprel, Fineko/abc.az. Əməkdaşlar üçün icazənin alınması ilə bağlı 38 819 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 583 092 icazə qeydiyyata alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bununla yanaşı icaze.e-gov.az portalına yeni funksiyalar əlavə edilib.

Belə ki, dövlət və özəl təşkilatlar portal üzərindən əldə edilmiş icazələri həm də PDF formatında yükləyərək əməkdaşlarına təqdim edə bilər. Bunun üçün "İcazələr" bölməsində sətrlər üzrə əks olunan müvafiq icazə açılır və yuxarı sağ küncdə yerləşən "PDF" düyməsi klik edilərək icazə yüklənilir. Bundan əlavə, elə həmin bölmədə əməkdaşlar üzrə icazələrin ad, soyad və ya ata adı daxil edilərək axtarılması imkanı da yaradılıb.

 

Вся лента