Neft qiymətləri düşdükdən sonra yüksəlir

10:18 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Neft qiymətləri əvvəlki hərracların nəticələrinə görə düşdükdən sonra çərşənbə günü hərraclarda inamla yüksəlir.

Neft bazarı ümid edir ki, dünyanın ən böyük istehsalçıları cümə axşamı keçiriləcək OPEC+ ölkələrinin konfransında hasilatı azaltmağa razılaşacaqlar.

Aprelin 7-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in iyun fyuçersi $1,18 (3,57%) enərək bir barelə $ 31,87 təşkil etmişdir.

İyun fyuçersi saat 9:25-də $0,97 (3,04%) yüksələrək bir barelə $32,84 təşkil etmişdir.

Aprelin 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin may fyuçersi $2,45 (9,4%) azalaraq bir barelə $23,63 təşkil etmişdir.

May ayı üzrə fyuçers qiyməti saat 9:25-də $1,50 (6,35%) bahalaşaraq bir barelə $25,13 təşkil etmişdir.

 

Вся лента