Ölkədə 6 modul xəstəxana quraşdırılacaq - Prezidentdən Sərəncam

10:41 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Azərbaycanda modul tipli 6 xəstəxana qurulacaq.

ABC.AZ xəbər verir ki, bu Prezident İlham Əliyevin "Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" imzaladığı Sərəncamda öz əksini tapıb.  Sərəncama əsasən xəstəxanaların hər birində 200 çarpayı olacaq.

Xəstəxananın quraşdırılması məqsədilə 2020-ci il dövlət büdcəsindən Maliyyə Nazirliyinə 14,8 milyon manat ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Вся лента