Mənfəəti 462 min manat azalan sığorta şirkəti - Hesabat

12:31 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Sığorta və təkrarsığorta brokeri “Kaspian İnterneşnl Brouking” MMC 2019-cu ili 1 milyon 300 min manat xalis mənfəət ilə başa vurub.

ABC.AZ  şirkətin hesabatına istinadən xəbər verir ki, “Kaspian İnterneşnl Brouking” 2018-ci ili 1 milyon 762 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin azalması şirkətin cəmi gəlirlərinin azalması ilə bağlıdır.  Ötən il “Kaspian İnterneşnl Brouking”in cəmi gəlirləri 1 milyon 937 min manat, cəmi xərcləri isə 309 min manat təşkil edib. Şirkət 1 milyon 628 min manatlıq əməliyyat mənfəətindən 328 min manat mənfəət vergisi ödəyib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Kaspian İnterneşnl Brouking”in cəmi gəlirləri 2 milyon 561 min 904 manat, cəmi xərcləri 326 min 467 manat təşkil etmiş, şirkət 2 milyon 235 min 437 manat maliyyə mənfəətindən 472 min 953 manat mənfəət vergisi ödəmişdi.

Müəllif: Elmir Murad

 

Вся лента