BOKT-lar kənd təsərrüfatının kreditləşdirilməsində fəallaşacaq - Saziş imzalandı

16:25 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Bank olmayan kredit təşkilatları (BOKT) kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində imkanlarını artıracaqlar.  

ABC.AZ xəbər verir ki, bu  Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə imzalanan yeni əməkdaşlıq sazişində əksini tapıb.

Bununla yanaşı xüsusilə də AMFA üzvləri IFC-nin CLARA - Pul vəsaitlərinin axınına əsaslanan aqrar riskləri qiymətləndirmə alətindən istifadə edə biləcəklər. Bu alət risklərin qiymətləndirilməsi və kreditləşdirmə prosesini avtomatlaşdırmaqla, fermerlərin maliyyəyə daha rahat çıxışını təmin edir.

Artıq kənd təsərrüfatının kreditləşdirilməsinə diqqət ayıran BOKT-lərdən “Aqrarkredit” QSC, “İnkişaf üçün Maliyyə” MMC, “Viator Mikrokredit Azərbaycan” MMC, “Qafqaz Kredit” MMC CLARA-dan faydalanmağa başlayıblar.

Qeyd edək ki, CLARA - banklar, bank olmayan kredit təşkilatları və fermerləri kreditlə təmin edən digər kənd təsərrüfatı dəyər zənciri iştirakçıları üçün nəzərdə tutulmuş internet üzərindən işləyən proqram təminatıdır.

Müəllif: Elmir Murad

 

Вся лента