Azərbaycanda 5 milyon tibbi maska var - Rəsmi

17:23 - 8.04.2020


8 aprel, Fineko/abc.az. Bu gün ölkədə 5 milyon maska ehtiyatı yaradılıb.

ABC.AZ xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu həftə ərzində işçi qrupları öz ilkin işlərini ortaya qoydular və bir sıra sosial güzəştlər həyata keçirildi. Nazirlər Kabinetinin sözçüsü Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülmüş ianələrə də toxunub. "Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan artıq vəsait yığılıb" deyə qurum rəsmisi bildirib.

Müəllif: Elmir Murad

 

Вся лента