Neft Fondunun aktivləri ilk dəfə artıb - 40 milyard dolları ötüb

15:10 - 9.04.2020


9 aprel, Fineko/abc.az. 2019-cu ildə ilk dəfə olaraq Dövlət Neft Fondunun aktivləri 40 milyard dolları ötüb.

ABC.AZ xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda bildirib.

O qeyd edib ki, hesabat ilinin sonuna xarici dövlət borcunun məbləği 9 milyard 91 milyon ABŞ dolları təşkil edib: "İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu 2019-cu ildə ÜDM-in 18,9 faizini təşkil edib. Əvvəlki illə müqayisədə 2019-cu ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi qeyri-neft sektoru üzrə 1,9 faiz, qeyri-neft sənayesi üzrə 23 faiz artıb. Bu investisiyaların 70 faizi daxili, 30 faizi xarici mənbələr hesabına formalaşıb”.

Müəllif: Elmir Murad

 

Вся лента