11:16 - 10.04.2020
10 aprel, Fineko/abc.az. Mövcud qlobal problemin öhdəsindən ayrılıqda deyil, qlobal əməkdaşlıq şəraitində gələ bilərik.
ABC.AZ xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında iclasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, mart ayından indiyə kimi qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil: "Hazırkı situasiya və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə “OPEC plus”dan kənar ölkələrin cəlbi isə olduqca vacibdir.”
Nazir onu da əlavə edib ki, hər bir neft ölkəsi neft bazarının sabitləşdirilməsi məqsədi ətrafında həmrəylik nümayiş etdirməlidir. “OPEC plus” formatı çərçivəsində tənzimləmə prosesində fəal rol oynayan Azərbaycan yeni öhdəliklər götürməklə qlobal neft bazarına dəstək vermiş oldu" deyə P. Şahbazov əlavə edib.
Müəllif: Elmir Murad
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
19 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024
19 Апрель 2024
18 Апрель 2024
19 Апрель 2024
18 Апрель 2024
18 Апрель 2024