Azərbaycan Pasportlar İndeksində iki pillə yüksəldi

09.01.2018,11:13


9 yanvar, Fineko/abc.az. Azərbaycan, Pasportlar İndeksində  72-ci yeri tutaraq iki pillə yüksəlib və dünyanın 63 ölkəsinə vizasız səfər etmək imkanına nail olub.

“Henley & Partners” şirkətinin hər il keçirdiyi Pasportlar İndeksi dünyanın 200-dən çox ölkə və ərazisinin viza qaydalarını təhlil edir və onları, vizasiz giriş ölkələrinin sayına görə tənzimləyir. 

Son beş il ərzində  reytinqdə davamlı olaraq Almaniya pasportu birinci yeri tutur.  2018-ci ildə Almaniya pasportu ilə dünyanın 177 ölkəsinə vizasiz səfər etmək mümkün olacaq ki, bu da keçən il ilə müqayisədə 1 ökdə daha çoxdur. İkinci yer Sinqapurun payına düşüb (176 ölkə), üçüncü yer eyni zamanda səkkiz dövlətə verilib: belə ki, Böyük Britaniya, Danimarka, İtaliya, Norveç, Finlandiya, Fransa, İsveç, Yaponiya vətəndaşları dünyanın 175 ölkəsinə vizasiz giriş imkanı əldə etdilər. Bu ölkələrin əksəriyyəti il ərzində digər ölkələrə vizasız giriş göstəricilərini yaxşılaşdırmışdır.

2018-ci ildə Azərbaycan İndoneziya, Filippin, Kuba və Kabo Verde ilə birlikdə dünya reytinqində 72-ci yeri tutmuşdur. Azərbaycan vətəndaşları dünyanın 63 ölkəsinə vizasiz səfər edə biləcəklər. Bu, son illər ərzində ən yaxşı göstəricidir (2016-cı və 2017-ci illərdə 62 ölkə, 2015-ci ildə 58 ölkə). Keçən il Azərbaycan reytinqdə 74-cü yeri tutmuşdur.

Azərbaycanla qonşu olan ölkələr Pasportlar İndeksində növbəti şəkildə yerləşmişlər: Rusiya – 48-ci yer, Türkiyə – 50-ci yer, Gürcüstan – 53-cü yer, Qazaxıstan – 65-ci yer. Gürcüstan, 2017-ci ildə Şengen zonasına daxil olan ölkələrə vizasiz giriş əldə etməklə, reytinqdə öz mövqeyini xeyli yaxşılaşdırmışdır.

Sonuncu yer Əfqanıstanın payina düşüb. Belə ki, bu ölkənin vətəndaşlarına dünyanın 24 ölkəsinə vizasiz giriş imkanı verilib.

Daha öncə Viza Məhdudiyyətləri İndeksi kimi tanınan Pasportlar İndeksi (2018-ci ildə adı dəyişdirilmişdir), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (BHNA) ilə birlikdə “Henley & Partners” şirkəti  tərəfinən 2006-cı ildən etibarən dərc edilir. Viza tələbləri dünya ictimaiyyəti çərçivəsində ölkənin statusunu obyektiv olaraq əks etdirir. Viza məhdudiyyətlərinin yoxluğu müxtəlif yurisdiksiyalarda bizneslə daha effektiv məşğul olmağa, beynəlxalq əlaqələri dəstəkləməyə, qlobal investisiya imkanlarından istifadə etməyə və səyahət etməyə imkan verir.

 

 

Ключевые слова: Pasport Henley & Partners