“Goldman Sachs”: Hasilatın azaldılması neftin qiymətinin enməsinin qarşısını ala bilməyəcək

12:05 - 13.04.2020


13 aprel, Fineko/abc.az. “OPEC+” koalisiyasının neft hasilatının azaldılması barədə razılığa gəlməsi yaxın həftələrdə “qara qızıl”ın qiymətinin ucuzlaşmasının qarşısını almaq üçün çox az həcmdə məhdudiyyəti özündə ehtiva edən və gec qəbul edilmiş qərardır.

Bu barədə ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” məlumat yayıb.

Banka görə, “OPEC+” üzrə neft istehsalının gündəlik 9,7 milyon barrel azaldılması qərarına may ayında OPEC üzvləri tam və digər üzvlər isə 50 faiz əməl edəcək. “Goldman Sachs” mayda hasilat məhdudiyyətinin sutkada 4,1 milyon barrel olacağını iddia edir.

Qısa müddət üzrə 20 dollar/barrel proqnozlaşdırdığı neft qiymətləri üçün risklərin aşağı olduğunu bildirən “Goldman Sachs” istehsal məhdudiyyətlərinin aprel-may aylarında neft tələbatında gözlənilən gündəlik 19 milyon barrellik azalmanı kompensasiya etməyə yetməyəcəyini qeyd edib.

©️ Azertag.az

 

Вся лента