Xəzər dənizində gəmilərin nəzarət prinsipi dəyişəcək

09.01.2018,12:37


9 yanvar, Fineko/abc.az. Xəzəryanı dövlətlər Qara və Araılq dənizi ilə analogiya üzrə, limanlarda gəmilərin dövlət nəzarətinin vahid rejimini təyin etmək qərarına gəldilər.

Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin məlumatında deyilir ki, digər ölkələrin nazirlikləri ilə birgə, nazirlik tərəfindən liman nəzarətinin həyata keçirilməsinə dair müddəaların razılaşdırılması üzrə iş aparılır.

“Vahid yanaşma dəniz gəmilərinin texniki təhlükəsizliyini yüksəltməyə və regionda aşağı keyfiyyətli gəmilərin istismarını istisna etməyə imkan verəcək. Bu isə, öz növbəsində, dəniz qəzalarının miqdarını azaltmağa,  gəmi ekipajlarının üzvlərinin və sərnişinlərin həyat və sağlamlıq təhlükəsizliyini yüksəltməyə, nəqliyyat vasitələrinin və yüklərin tamlığını təmin etməyə kömək edəcək”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin deyilir ki, bununla yanaşı, yaxşı texniki vəziyyətdə olan gəmilərin yoxlamalarının miqdarı azalacaq və dəniz gəmiçiliyinin təhlükəsizliyi nöqteyi-nəzərindən potensial təhlükəli olan nəqliyyatın yoxlamalarının keçirilməsi üçün resurslardan istifadə effektivliyi yüksələcək.

 

Ключевые слова: liman