Azərbaycan 2017-ci ilin dekabr ayında OPEC/NOPEC sazişi çərçivəsində hasilatın azaldılması üzrə öhdəliklərini yerinə yetirib

14:06 - 9.01.2018


9 yanvar, Fineko/abc.az. Azərbaycan 2017-ci ilin dekabr ayında OPEC/NOPEC  sazişi çərçivəsində hasilatın azaldılması üzrə öhdəliklərini yerinə yetirdi.

Azərbaycanın Energetika Nazirliyindən verilən məlumata əsasən, idarə, neft hasilatı ilə bağlı məlumatlarını Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

“Keçən ilin dekabr ayı ərzində gündəlik neft hasilatı Azərbaycanda  810 min barrel təşkil edib. Bunun qarşılığında, yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda 734,8 min barrel, sentyabrda 785,7 min barrel, oktyabrda 800,6 min barrel, noyabrda isə 790,7 min barel olub”, - məlumatda belə deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, dekabr ayında Azərbaycan gündəlik 649,1 min barel xam neft, 54,9  min barel kondensat və 20,1 min barel neft məhsulları ixrac edib.

OPEC/NOPEC Vyana sazişi 2018-ci ilin sonuna qədər qüvvədədir.

 

 

Вся лента