Gürcüstanda işsizlərə 6 ay maddi yardım olunacaq - 150 lari

11:52 - 14.04.2020


14 aprel, Fineko/abc.az. Gürcüstan hökuməti koronavirusa görə işsiz qalan vətəndaşlara 6 ay müddətində 150 lari ödəyəcək.

ABC.AZ xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Beynəxalq Valyuta Fondundan bildirilib.

Bu məbləğ gəlir vergisi ödəyən və virus epidemiyasına görə işsiz qalan vətəndaşlara ödəniləcək. "6 ay ərzində son zamanlar mövcud hadisələr nəticəsində işlərini itirən şəxslərə aylıq 150 larilik işsizlik subsidiyası veriləcək. Bu qayda gəlir vergisi ödəyən vətəndaşlara, hansılar ki, biznes fəaliyyətini dayndırıb onlara şamil olunacaq. Bununla yanaşı işçilərini saxlayan biznes sektorları da yardım alacaqlar. Hökumət 9 əsas import məhsuluna da subsidiyalar ayıracaq. Həmin məhsullar bunlardır: Un, taxıl, makaron, düyü, yağ, şəkər, süd, lobya və qarabaşaq məhsullarıdır.

Dövlət, koronavirusdan sonrakı dövr üçün iqtisadiyyatın dirçəlişinə kömək etmək üçün, kredit qarantiyası sxeminin qüvvəyə minməsini də müzakirə edəcək", - deyə məlumatda bildirilir.

Müəllif: Elmir Murad

 

Вся лента