Yeni maliyyə mənbələrinin tapılması gözlənilir - Vüsal Qasımlı

11:23 - 15.04.2020


15 aprel, Fineko/abc.az. Mövcud büdcə qanunvericiliyi çərçivəsində büdcə xərclərinin prioritetliyi yenidən qiymətləndirilərək bir sıra xərclərin ixtisarı və təyinatının dəyişdirilməsi, həmçinin Prezidentin ehtiyat fondunun və digər ehtiyat mənbələri hesabına korona-böhranla mübarizəyə 1 milyard 350 milyon manat məbləğində vəsait ayrılıb.

ABC.AZ xəbər verilir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bununla yanaşı, maliyyə yükü 2,5 milyard manatı aşan korona-böhranla mübarizə büdcəsinin təmin edilməsi üçün investisiya və cari xərclərin səmərəliliyini daha da artırmaq, həmçinin yeni maliyyə mənbələrinin tapılması gözlənilir: "Azərbaycanda büdcə parametrlərinə yenidən baxmaqla yanaşı, həm də makroiqtisadi çərçivə dəyişir. Çünki büdcə çərçivəsinə dəyişiklik üçün fiskal çərçivəyə və buna da uyğun olaraq makroiqtisadi çərçivəyə yenidən baxmaq zərurəti yaranır. Makro parametrlərin düzgün tərtibi büdcə göstəricilərinin proqnozlaşdırılmasını şərtləndirir. Bunun üçün Milli Hesablar Sistemində (MHS) istehsаl, ilkin və təkrаr bölgü və sоn istifаdə hesabları təhlil olunmalıdır. Biz ÜDM-in xərclər üsulu əsasında yenidən qiymətləndirilməsini aparmalıyıq ki, ona müvafiq də dövlət büdcəsinin funksional təsnifatına uyğun proqnozlaşdırma edək. Funksional təsnifat öz növbəsində iqtisadi təsnifatı da ehtiva edir".

 

Вся лента