Bu il TANAP-la Türkiyəyə 941 milyon təbii qaz göndərilib

17:02 - 15.04.2020


15 aprel, Fineko/abc.az. Birinci rübdə TANAP ilə Türkiyəyə 941 milyon kubmetr təbii qaz göndərilib. İstismara veriləndən indiyə kimi isə TANAP-la Türkiyəyə 5 milyard kubmetrədək qaz nəql edilib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın xaricə qaz satışı 3,57 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Birinci rübdə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 23 faiz çox, yəni 2,6 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi isə 923 milyon kubmetr olub.

Qeyd edək ki, 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri ötən il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP boru kəmərinin ikinci fazası isə keçən il noyabrın 30-da istifadəyə verilib.

 

Вся лента